Brüssel görüşü formal xarakter daşıyacaq - Politoloq

17:21 22.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu görüş formal xarakter daşıyacaq. Avropa İttifaqı yenə bəyan edəcək ki, onlar da bu prosesə qoşulub, təşəbbüsləri müsbət nəticə verib. Mən Azərbaycanın gözləntiləri baxımından bu görüşdə hər hansı bir nəticənin olacağını düşünmürəm, prosesdə heç bir irəliləyiş olmayacaq.

Bu fikirləri hafta.az-a Azərbaycan Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər deyib.

Onun sözlərinə görə, unutmayaq ki, bu proses hər zaman siyasi - doplomatik müstəvidə ya Rusiyanın inhisarında olub, ya da üstünlüyü ilə keçirib:

“Üstəlik Rusiya silahlı qüvvələrinin Azərbaycanda yerləşdiyi və  ortada üçtərəfli bəyanatın olduğu bir vaxtda Avropa İttifaqının belə bir görüşü keçirməklə Rusiyanı üstələyəcəyini düşünmək qeyri-ciddi yanaşmadır”.