Brüsseldə Prezident İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq - Şarl Mişel

11:55 06.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək.

Hafta.az-ın məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel öz "Twitter" səhifəsində elan edib.

O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyilşin əldə olunması mühüm əhəmiyyət daşıyır.

"Aİ Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir", - deyə o bildirib.

Oxunma sayı 130
Siyasət rubrikasından digər xəbərlər