“Azərbaycan Prezidenti İlham Əliyevin yeni fərman və sərəncamları əməkhaqqı, müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin olunur. Bu fakt bir daha təsdiqləyir ki, əhalinin sosial rifahının təminatının yüksəldilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Təbii ki, bu artımlar əhalinin sosial müdafiəsinin təmin olunmasında mühüm rol oynayacaq və inflyasiyanın qarşısını almağa imkan yaradacaq”. Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Rüfət Quliyev bildirib.
Deputat həmçinin vurğulayıb ki, inflyasiyanın kökündən həll olunması üçün daxili istehsal artırılmalıdır: “Biz hazırda təlabatımızın təxminən 55 faizini daxili ishehsal hesabına qarşılayırıq. Amma bu rəqəm 80-85 faizə qədər artarsa, inflyasiyanın kökündən həllinə böyük bir kömək olacaq”.