Bu avtobusların yolu dəyişdirildi

10:10 15.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar 77 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. 

 

Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

 

Bildirilib ki, hazırda qeyd olunan xətlər üzrə avtobuslar Məhəmməd Xiyabani küçəsindən keçməklə fəaliyyət göstərirlər.