Bu avtobusun yolu dəyişdiriləcək

15:57 14.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Binəqədi rayonu, "Baksol" yolunda 16-18.12.2022-ci il tarixlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən hafta.az-a verilən məlumata görə, bu səbəbdən məhdudiyyətlərə uyğun olaraq 71 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilərək “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində fəaliyyəti təşkil ediləcək.