Çempionlar Liqasının yarımfinalında "Real Madrid"ə 3-1 uduzan "Manchester City"nin çempionluq arzusu yenə gözündə qaldı. İngilislərin stadiondan boynubükük geri qayıtmaları ilə yanaşı, guya bu kluba cadu olunmasına dair cəfəng fərziyyələr gündəmə gəlib.
Hafta.az-ın yazdığına görə, həmin fərziyyələrə əsasən, kluba böyük hədəflərə çatmaq arzusu ilə gələn, doğrudan da, fəaliyyəti dövründə böyük uğurlara imza atan Pep Qvardiolanın baş məşqçi olaraq növbəti dəfə kuboku ala bilməsini nəzərə alan kütlə ona cadu edildiyi qənaətinə gəlib.

"Qvardiolanın, "Barselona"da anlaşılmazlıq yaşayaraq klubdan uzaqlaşdırdığı Yaya Turenin meneceri Dmitri Seluk hələ 2018-ci ildə verdiyi açıqlamalardan birində demişdi ki, Qvardiola afrikalı şamanlar tərəfindən lənətlənib. Şamanlar onu heç vaxt Çempionlar Liqasında qalib olmayacağını bildirmişdilər. Göründüyü kimi, lənət öz sözünü deyir. Qvardiola nə qədər çalışsa da, oyunçular çox yüksək perfomans göstərsələr də, lənət onları kuboka həsrət qoyacaq", - yayılan söz-söhbətlərin məğzində deyilir.