Bu gün Azərbaycan Kinosu Günüdür

11:16 02.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2 avqust Azərbaycan Kinosu Günüdür.

Mədəniyyət Nazirliyindən hafta.az-a verilən məlumata görə, 123 illiyini qeyd edən Azərbaycan kinosu keşməkeşli və şərəfli ömür yolu keçib.

1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma tarixi sayılır.

Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə həsr edilmiş süjet xətti zəngin və unudulmaz filmlər çəkilib.

Oxunma sayı 538