Bu gün Azərbaycanda 5335 nəfər koronavirus testindən keçib

21:38 03.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda 5335 koronavirus testi həyata keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 157 932 test həyata keçirilib. Reanimasiyada olan xəstə sayı 18, süni tənəffüs cihazında olan xəstə sayı 8-dir.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 1932, virusdan ölənlər 25, sağalan xəstə sayı 1441, aktiv xəstələrin sayı isə 466 nəfərdir.