Bu gün daha 30697 ailəyə ev veriləcək

10:15 19.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə bir il öncə baş vermis Kahramanmaraş mərkəzli dəhşətli zəlzələdə dağılmış evlərin yerinə yenisi inşa edilməkdədir.

Hafta.az-ın yazdığına görə, inşası davam edən 300 minə yaxın mənzildən tikintisi tamamlananlar dərhal sahiblərinə təhvil verilir.

Bu gün 11 vilayət ərazisində daha 30697 evin sahibi müəyyənləşəcək. Məlumata əsasən, püşkatma yerli vaxtla günorta saat 14.00-da Kahramanmaraşda keçiriləcək.

Mərasimdə prezident Rəcəb Tayyib Ərdoğan da canlı videoformatda Prezident Külliyesindən iştirak edəcək.

Fevralın 6-da, zəlzələnin birinci ildönümündə, 46 min ailə evlərini geri almışdı. Daha 30697 evin tamamlanması ilə təhvil verilən evlərin sayı 77 minə yaxınlaşacaq.

Bölgədə 300 minə yaxın evin tikintisi davam etdirilir. Hazırlanmış evlər mərhələli şəkildə qanuni sahiblərinə təhvil verilir. Zəlzələnin episentri olan Kahramanmaraşda bu gün təslim ediləcək evlərin sayı 8303-dür. Malatyada da 1700 ailə evlərinə köçəcək.