Bu gün hamımız qürurluyuq - Faiq Sücəddinov

16:58 27.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Bu gün hamımız qürurluyuq. Bizim anım günlərimiz, zəfər günlərimiz qürur yerimizdir. Məhz 27 sentyabr tarixində biz Zəfərə gedən yola çıxmışıq. 44 günlük müharibədə oğullarımız öz canlarından, qanlarından, sağlamlıqlarında keçərək, düşmən işğalında olan torpaqlarımızı geri qaytarıblar . Hesab edirəm ki, bundan şərəfli iş yoxdur”. Bu fikirləri hafta.az-a açıqlamasında tanınmış bəstəkar Faiq Sücəddinov bildirib.

Xalq artisti bildirib ki, Azərbaycan xalqı Qarabağ zəfərini onlara yaşadan övladlarını heç bir zaman unutmayacaq: “Bundan sonra 50-100 illər keçəcək. Amma bu xalq qəhrəman övladlarını daima yaşadacaq, heç vaxt unudulmaya qoymayacaq. Çünki bu zəfər demək olar ki, bizim ilk Zəfər bayramımızdır. Biz çox böyük bir qələbə əldə etmişik. Bizim gələcək nəsillər də bu günləri heç vaxt unutmamalıdır. Vətən Müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıq nümunəsi, etdiyi fədəkarlığın əks-sədası bütün dünyaya yayılıb. Hər yerdə əsgərlərimizin, zabitlərimizin göstərdikləri şücayətdən danışılır. Bu gün işğal altında olan torpaqlarımız azaddır və o torpaqlarda Azərbaycan bayrağı qürürla dalğalanır. Hesab edirəm ki, bundan böyük qürur ola bilməz. Şəhidlərimiz ruhu şad olsun!”.

Oxunma sayı 18