Bu gün Milli Məclisin növbəti iclası davam edəcək

09:00 12.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Milli Məclis növbəti plenar iclasa toplaşacaq. 

 

Bu haqda hafta.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iclasın gündəliyinə aşağıdakı məsələ daxildir.

 

"Müstəqillik günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Dünən parlamentin birinci oxunuşundan keçən qanun layihəsinə görə, Azərbaycanda 28 May tarixi Müstəqillik günü, 18 Oktyabr tarixi isə Müstəqilliyin Bərpası günü olaraq qeyd ediləcək. 

İndiyə kimi 28 May tarixi Respublika günü, 18 Oktyabr tarixi isə Müstəqillik günü olaraq qeyd edilirdi.

Siyasət rubrikasından digər xəbərlər