Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun doğum günüdür.
Hafta.az-ın məmulatına görə, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulub. Polad Həşimov Sumqayıtda məktəbi bitirib. Sonra Heydər Əliyev adına ali məktəbdə təhsil alıb və təhsilini Türkiyədə davam etdirib. Polad Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib.
General-mayor Polad Həşimov 2020-ci il iyulun 13-dən 14-ə keçən gecə səhərə yaxın Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. İyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.
9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adı verilib.