Bu gün şəhid olan Tahirin qardaşı da əsgərdir 

17:24 05.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət alaraq həlak olan əsgər Əliyev Tahir Çingiz oğlu ilə bağlı yeni faktlar məlum olub.

 

Hafta.az-ın məlumatına görə, şəhid əsgər Ağstafa rayonunun Xətai kəndində doğulub boya başa çatıb.

 

Ailədə iki oğlan övladı olublar. Onun qardaşı bu ilin iyul ayında hərbi xidmətə yola düşüb. Xidmət zamanı bədbəxt hadisə nəticəsində həyatını itirən əsgər ailəsinin istəyi ilə Ağsatafa rayon Şəhidlər Xiyabanında dəfn olunacaq.

 

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Tahir Çingiz oğlu Əliyevin üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

 

Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qanunvericiliyə əsasən, hər iki əsgərə şəhid statusu veriləcək.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxunma sayı 189