Yer kürəsini maqnit qasırğası bürüyəcək

13:23 29.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 30-da Yer kürəsini G1 (zəif qasırğa) sinifli maqnit qasırğası bürüyəcək.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.

Məlumata görə, iyunun 29-da qasırğa ehtimalı cəmi 10% nisbətində qiymətləndirilir, iyunun 30-da isə 87% ehtimalla maqnit dalğalanmaları gözlənilir.

Alimlər iyul ayının nisbətən sakit keçəcəyini, maqnitosferin sabit olacağını proqnozlaşdırırlar./kp.ru/