Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək

14:57 01.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün UEFA Çempionlar Liqasında 2023-2024 mövsümünün qalibi bəlli olacaq.

Final matçında İspaniyanın “Real” və Almaniyanın “Borussiya” (Dortmund) klubları üz-üzə gələcək. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq..

Qeyd edək ki, "Real" bu turnirin ən titullu klubudur. Madridlilər 14 dəfə ÇL-in kubokunu başları üzərinə qaldırıblar. Dortmund klubu isə yalnız bir dəfə - 1996-1997 mövsümündə yarışın qalibi olub.

1 iyun

 UEFA Çempionlar Liqası
Final

23:00 "Borussiya" Dortmund (Almaniya) – "Real" (İspaniya)
Baş hakim: Slavko Vinçiç (Slovakiya)

London. "Uembli" stadionu.