Bu gündən istiliyin verliməsinə başlanılır

09:38 15.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıda və ölkənin digər bölgələrində istilik mövsümü başlayır.

 

Hafta.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən noyabrın 15-dən Bakıda və digər ərazilərdə (dağlıq və dağətəyi rayonlar istisna olmaqla) istilik verilir.

 

Xatırladaq ki, dağlıq və dağətəyi rayonlarda isə istilik mövsümü noyabrın 1-də başlayıb.

 

Qeyd edək ki, hazırda "Azəristiliktəchizat" ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir.