Yazını böyüt
Yazını kiçilt
Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədən təxliyə edilmiş azərbaycanlı sürücülərin sayı 26-a çatıb.
Hafta.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ruslan Eldaroğlu bildirib.
Onun sözlərinə görə, fevral ayının 28-dən Ukraynadan təxliyə olunan 6 yük maşını Türkiyəyə çatıb. Bundan başqa ötən gün Ukrayna hüdudlarını tərk edən 6 yük maşını artıq Moldova ərazisindədir.
"Bugün isə Ukraynadan Moldovaya 9 yük maşını təxliyə olunur. Həmin maşınlar artıq Ukrayna-Moldova sərhədindədir. Sürcülərin təxliyəsi bundan sonra da davam etdiriləcək", - ABADA rəsmisi qeyd edib.