Bu il 8 prokurorluq işçisi cəzalandırılıb

13:46 22.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin birinci yarımilində 8 prokurorluq işçisi cəzalandırılıb.

Hafta.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən geniş Kollegiya iclasında bildirib.


Qeyd edilib ki, 2024-cü ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə, 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Məlumata görə, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad olunub, 4 nəfərə töhmət və ya şiddətdi töhmət verilib.