Bu il balın qiyməti uçuzlaşacaq

16:43 12.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Bu il Azərbaycan balının əsasən, ərəb ölkələrinə, Yaponiyaya ixracı planlaşdırılır. Hazırda başlıca hədəfimiz yeni ixrac marşrutları müəyyənləşdirməkdir. Çünki istehsalçıların əlində kifayət qədər məhsul var”. Bunu hafta.az-a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.

Onun sözlərinə görə, ildə xaricə təxminən 20 ton bal satılır. Bu rəqəm böyük olmasa da, gələcəkdə ixrac həcminin artırılması nəzərdə tutulub.

Assosiasiya sədri həmçinin qeyd edib ki, bu il istehsal artdığından qiymətlərin aşağı düşəcəyi gözlənilir: “Ötən il balın 1 kiloqramının orta qiyməti 25 manat idi, bu il isə 20 manat gözləyirik. Çünki əldə bal çoxdur, onun satılması üçün qiymətin aşağı düşməsi qaçılmazdır. Bal bu il çox olduğundan maya dəyəri də aşağı düşüb. Keçən il balın 1 kiloqramının maya dəyəri 10 manata başa gəlirdisə, bu il təxminən 7-8 manata başa gəlib”.