Bu ilin 11 ayında Gürcüstanı 4,9 milyon xarici turist ziyarət edib

09:45 08.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstana bu ilin 11 ayı ərzində 4,9 milyon nəfərə yaxın xarici turist səfər edib. 

Hafta.az-ın yazdığına görə, bu haqda məlumatı  Gürcüstanın Milli Turizm Administrasiyası yayıb. Qeyd olunur ki, turistlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 185,5 faiz artım nəzərə çarpır. Bu da öz növbəsində 2019-cu il pandemiyadan əvvəlki dövrlə müqayisədə 55,9 faiz artım deməkdir.

Xatırladaq ki, 2019-cu ildə Gürcüstana 3 348 333 beynəlxalq turist səfər edib.

2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 133,7 faiz artım, 2019-cu ildə isə 70,2 faiz bərpa olub.

Məlumata əsasən yalnız noyabr ayında Gürcüstana gələn xarici turistlərin sayı 2019-cu ilin eyni ayı ilə müqayisədə 70, 2021-ci ilin ayni ayı ilə müqayisədə isə 160,4 faiz artıb.

Qeyd edək ki, ötən bir ay ərzində Gürcüstana 471 165 xarici turist səfər edib. 

Noyabrda Gürcüstandan xaricə səfər edən turistlərin sayı da artıb. Belə ki, ötən ay 2021-ci ilin noyabr ayı ilə müqayisədə 97,9 faiz, 2019-cu ilin eyni ayı ilə müqayisədə isə 88,4 faiz artım nəzərə qeydə alınıb. Ay ərzində 299 605 nəfər xaricə səfər edib. 

Oxunma sayı 754