Bu ilin 7 ayında 62 nəfər qanunsuz işdən çıxarılıb

10:39 11.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci ilin 7 ayı ərzində 62 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edilib.

Bu barədə hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən xəbər verilib.

Bildirilib ki, xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.