Bu muzey və sərgi zalları saat 14:00-dan fəaliyyətini dayandırır

11:50 05.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən muzeylər və sərgi zalları da bu gün saat 14:00-dan fəaliyyətlərini müvəqqəti dayandırır.

Bu barədə hafta.az-a idarədən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyətin dayandırılması haqqında qərarına uyğun olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən muzeylər və sərgi zalları 5 iyun saat 14:00-dan 7 iyun tarixinədək (7 iyun tarixi də daxil olmaqla) fəaliyyət göstərməyəcək.

Oxunma sayı 7046