Bu ölkədən gətirilən qida məhsullarında ZƏHƏRLİ MADDƏ AŞKARLANDI

10:40 28.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədən xaricə ixrac olunan fıstıqlı halva, yerfıstığı və Antep fıstığında kanserogen maddələr aşkar edilib.

Hafta.az-ın yazdığına görə, Türkiyə mediasında yayılan məlumatda deyilir ki, məhsullar bir çox ölkədə bazarlardan yığışdırılıb. Avropa İttifaqının qida təhlükəsizliyinə nəzarəti təmin edən RASFF sistemi Türkiyədə istehsal olunan yağdan sonra bu qida məhsulları haqqında da öz açıqlamasını yayıb. 

Qeyd olunur kii, RASFF sistemində Türkiyədən alınan daha üç məhsul “Ciddi” kodu ilə yerləşdirilib.

Bildirilir ki, Almaniyaya ixrac olunan fıstıqlı halvada zəhərli və kanserogen maddə olan aflatoksin aşkar edilib.

ABŞ-a göndərilən antep fıstığında və Portuqaliyaya satılan yerfıstığında da aflatoksin aşkarlanıb.

RASFF sistemi məhsullarda tapılan maddələrin insan sağlamlığı üçün ciddi risk yaratdığını əsas gətirərək sözügedən qidaları rəflərdən yığışdırmaq haqda qərar qəbul edib.