Amerikanın Texas ştatının Hyuston şəhərinin boyu iki metrdən çox olan sakini dünyanın ən böyük ayaqlarının canlı sahibi kimi Ginnesin Rekordlar Kitabına düşüb. Bu barədə UPI xəbər agentliyi məlumat yayıb.
Tanya Herbert 50 ölçülü çəkmələr geyinir. Onun sağ ayağının uzunluğu 33 santimetr, sol ayağının uzunluğu isə 32,4 santimetrdir. Herbert Türkiyənin yaşayan ən uzun qadını Rumeisa Gelgidən 215,16 santimetrlə cəmi 7,5 santimetr qısadır.
Rekordu qıran amerikalı qadın mağazalarda uyğun ölçülər olmadığı üçün internetdən ayaqqabı almalı olduğunu deyib. İnternetdə tanış olduğu iri ayaqlı digər qadınlar ona ayaqqabı seçməklə bağlı məsləhətlər verdilər ki, yalnız kişi ayaqqabısı geyməyəsiniz.
“Mən tapa bildiyim ən böyük ayaqqabıları alıram, sonra onları mənə uyğunlaşdırmaq üçün uzadıb genişləndirirəm” deyib rekordçu.