Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Hafta.az xəbər verir ki, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:
Abiddin Qabil oğlu Hüseynov – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Toğrul Aydın oğlu Hüseynov – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini".