Bütün ölkədə DOST mərkəzləri fəaliyyət göstərəcək 

12:57 02.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

DOST şəbəkəsi genişləndiriləcək.

 

Hafta.az xəbər verir ki, bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, DOST mərkəzlərinin regional filialları açılacaq ki, bu da xidmətlərdən vətəndaşların rahat istifadə edə bilməsi üçün nəzərdə tutulub.

 

“2026-cı ilə qədər regional mərkəzlərin, həmin ilin sonuna isə filialların fəaliyyətə başlaması nəzərdə tutulub. Beləliklə bütün ölkə DOST mərkəzləri ilə əhatə olunacaq”, - deyə o qeyd edib.