Bütün Pakistan ərazisi qaranlığa büründü

10:52 10.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünən axşamdan Pakistanın bütün ərazisində yaşayış məntəqələri enerji şəbəkəsindəki problem səbəbindən elektrik enerjisindən məhrum olub.

 

Hafta.az-ın xəbərinə görə, bu barədə “Dawn” portalı məlumat yayıb.

 

Pakistanın energetika naziri Omar Əyyub Xan vətəndaşları yaranmış mürəkkəb situasiyada təmkin nümayiş etdirməyə çağırıb. Nazir hökumətin “Tarbele” elektrik stansiyasından  elektrik enerjisinin qismən ötürülməsini təmin etməyə çalışdığını bildirib.