2024-cü il sona yaxınlaşdıqca, ekranlara çıxan ən yaxşı filmləri yenidən nəzərdən keçirməyin və müəyyən etməyin vaxtı gəldi.
Hafta.az-ın yazdığına görə, bu il təqdim olunan filmlərin janrları arasında macəra filmləri xüsusi yer tutur. Bunlardan bəziləri barəsində söz açaq:

"Qırmızı Missiya"
Gizli adı "Qırmızı" olan Santa Klaus naməlum şəxslər tərəfindən qaçırılır. Şaxta babanın köməkçisi Kallum Drift və ovçu Cek O'Malli onu xilas etmək vəzifəsini öz üzərinə götürür. Onlar birlikdə Santa Klausu xilas etmək və sürprizlərlə dolu maraqlı və təhlükəli sərgüzəştlərlə üzləşmək üçün dünya üzrə səyahətə çıxırlar.

"Qraf Monte Kristo"
Aleksandr Dümanın romanı əsasında çəkilmiş qisas və dirçəlişdən bəhs edən bu klassik filmdə haqsız yerə ittihamlanan və həbs edilən Edmond Dantes nəhayət ki, qaçmağı bacarır. O, ədaləti tapmağa qərarlıdır.

"Kral Artur: Qılınc əfsanəsi"
Rejissor Qay Riçi kinosevərləri heyrətləndirməyə davam edir. Onun yeni filmi “Kral Artur: Qılınc əfsanəsi” sizi ilk dəqiqələrdən özünə cəlb edən mükəmməl hərəkət, dram və fantaziya nümunəsidir.
Rejissor klassik mifi canlandırır, Arturu Londinium küçələrində böyümüş gözəl personaj kimi göstərir. Baş rolu aktyor Çarli Hunnam, Uortigern rolunda isə Cudi Lou çıxış edib. Film təkcə süjeti ilə deyil, vizual effektləri ilə də diqqəti cəlb edir.

"Dune: İkinci hissə"
Film Paul Atreid və Fremenlərin əfsanəvi səyahətindən bəhs edir. Onlar ailələrinin məhv edilməsinin qisasını almaq və qalaktikanı pis Baron Harkonnendən xilas etmək üçün üsyanlarını davam etdirirlər. Film genişmiqyaslı döyüş səhnələri, xüsusi effektlər və maraqlı süjeti ilə heyran qalır.

“Furiosa: Dəli Maks salnamələr”
Əsər post-apokaliptik dünyada hərbi liderə çevrilən Furiosa adlı gəncin hekayəsindən bəhs edir. Film gözlənilməz süjet bükülmələri ilə dolu olan hərəkət və macəra janrıdır.