“Bütün rayon rəhbərləri gəlib Şəhrisəbz, Yakkaboq və Kökdala ilə tanış olmalıdırlar” – Prezident

13:00 20.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu gün keçirilən müşavirədə bildirib ki, respublikanın bütün rayon rəhbərləri Şəhrisəbz, Yakkaboq və Kökdala rayonlarında olduğu kimi yeni layihələr həyata keçirməlidirlər.

Hafta.az-ın yazdığına görə, iyunun 19-da cənab Mirziyoyev Kaşkadəryadakı müxtəlif obyektlərlə tanışlıq təəssüratlarını bölüşüb. Xüsusən də 3 il əvvəl Çirökçidən ayrılan Kökdala rayonunda. Ötən müddətdə burada 120 kilometr su və 210 kilometr elektrik şəbəkəsi çəkilib, 605 kilometr torpaq yollar təmir edilib, 19 məktəb, 22 uşaq bağçası, 5 ailə poliklinikasının tikintisi başa çatdırılıb. İstehsal müəssisələrinin sayı 3 dəfə artaraq 220-yə yüksəlib. Qısa müddət ərzində təkcə Mirəkidə ümumi dəyəri 180 milyon dollar olan 200-dən çox layihənin icrasına başlanılıb, 2 min iş yeri yaradılıb. Daha 150 milyon dollar dəyərində layihələr üzərində iş gedir. Yakkaboğ rayon mərkəzində 1400 mənzilli 54 yaşayış binası, “Eko market”, müasir tipli ticarət və əyləncə mərkəzi tikilib.

"Düzünü desəm, bu, mənim çox xoşuma gəldi. Rayon mərkəzi belə olmalıdır! Əgər biz hər bir rayonda belə layihələr həyata keçirsək, hər bir məhəllə, mədəniyyət o əraziyə daxil olacaq və bu, islahatlarımızın yerlərə də çatmasının bariz nəticəsi olacaq", - prezident bildirib.

Şəhrisəbz şəhərində ümumi dəyəri 10 milyon dollar olan müasir çoxsahəli klinika istifadəyə verilib. Vurğulanıb ki, hər rayonda ən azı 1 belə özəl klinikanın açılmasına şərait yaratmaq lazımdır. Prezident bildirib ki, dövlət bunun üçün 140 milyon dollar ayırmağa hazırdır.

"Bir sözlə, Şəhrisəbz, Yakkaboq və Kökdalada başlanan yeni layihələr "İslahatlar Qərargahı” üçün hazır modeldir. Qoy respublikanın bütün rayon qubernatorları gəlsinlər, Şəhrisəbz, Yakkaboq və Kökdalanı görsünlər, öyrənsinlər və özlərində belə yeni layihələr həyata keçirsinlər", - Şavkat Mirziyoyev bildirib.

Dövlət başçısı bildirib ki, yaxın 5 ildə Kaşkədəryanın ümumi regional məhsulunu asanlıqla 10 milyard dollar artırmaq olar. Bununla bağlı Kaşkədəryada regional “İslahatlar Qərargahı”nın strukturu müəyyən edilib.

Qeyd edək ki, Şavkat Mirziyoyev regionların inkişafı və aparılan islahatların səmərəliliyi ilə tanış olmaq üçün Kaşkədəryaya gəlib. O, iyunun 19-da səfərinə Qarşi şəhərində yerləşən “Alp Texno Servis” elektrik mühəndisliyi müəssisəsindən başlayıb. Qarşidən qatarla Şəhrisabza gedib, burada çoxsahəli kardiologiya mərkəzinin fəaliyyəti ilə tanış olub. Yakkaboq rayonunda salınan “Yeni Özbəkistan” massivində olan president Şəhrisəbz rayonunda Hisar dağının yamaclarının turizm potensialı ilə tanış olub.