Buynuzlu gürzədən qurtuluş yoxdur

11:34 14.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən zəhərli ilanlarından olan Buynuzlu Gürzə Türkiyənin Bolu vilayətində qorxu yaradıb.

Hafta.az-ın yazdığına görə, Bolu meşələrində dişlədiyi insana xəstəxanaya çatmaq imkanı belə verməyən Buynuzlu Gürzə görüntülənib.

İlanı görən və şəklini çəkən Ufuk Ak motosiklet turu zamanı bu nadir tapıntı ilə qarşılaşıb. Ak, "İlana yaxınlaşdım və onu ətraflı araşdırdım. Bu növ nəsli kəsilməkdə olan və qorunması lazım olan heyvanlar arasındadır" deyib.

Akın çəkdirdiyi görüntülər sosial şəbəkədə paylaşılarkən böyük marağa səbəb olub. Ak, "Asudə vaxtlarımızı meşələrdə keçirərkən belə nadir canlılarla qarşılaşırıq. Bu təcrübəni sizinlə bölüşmək istədim" deyə bildirib.

Türkiyədə təxminən 15 gürzə növü məlum olduğunu bildirən Ak, dünyada gürzələrin müxtəlifliyinə də diqqət çəkib. "Qara maskalı gürzə ilə daha əvvəl də rastlaşmışdım. Bu dəfə etdiyimiz kəşf Bolunun bu baxımdan zənginliyini ortaya qoyur" deyib.

Gürzə ilə qarşılaşmağın yüksək ölüm riski daşıdığını ifadə edən Ufuk Ak macərasını belə izah edib: “At Yaylasının şimalındakı meşəlik ərazidə gəzərkən qəfil peyda olan ilanla qarşılaşdım. İlan növlərinin insanlarla nadir hallarda təmasda olduğu bilinsə də, gürzələr kifayət qədər təhlükəlidir. İlan sancdıqdan sonra xəstəxanaya getmək demək olar ki, mümkün deyil".

Ufuk Ak təcrübəsinə belə davam edib: "İlanı narahat etmədən izlədik. Məndən çox da uzaq olmadığı üçün diqqətli olmalıydım. Bununla belə, təmasda olmanın rahatlığı ilə xoş anlar yaşadım deyə bilərəm və ona yüngülcə toxunaraq reaksiyasını ölçməyə çalışdım”.

Bolu bölgəsində təbiət gəzintiləri və gəzinti sahələrinin sıx olduğu həftə sonları Ufuk Ak canlılarla qarşılaşarkən diqqətli olmağı xatırladır. "Biz onların məskunlaşdığı yerlərə daxil oluruq, buna görə də göründüyü yerdə ilanlara zərər vermədən yolu dəyişmək və ərazidən uzaqlaşmaq lazımdır" deyə məsləhət görüb.

Oxunma sayı 156