“Can Azərbaycan” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

21:59 28.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunmuş “Can Azərbaycan” yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılma və Xətai Akvarel Qalereyasının açılış mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov “Can Azərbaycan” müsabiqəsinin qaliblərini təbrik edib, akvarel və qrafika sənəti ilə məşğul olan rəssamlara uğurlar arzulayıb, müsabiqənin əhəmiyyətindən söz açıb.

Daha sonra Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Səbinə İskəndərli qaliblərin mükafatlarını təqdim ediblər.

Tədbirin sonunda qonaqlar yeni yaradılmış Xətai Akvarel Qalereyası ilə tanış olublar.

Oxunma sayı 223