Yazını böyüt
Yazını kiçilt
Cari ildə 8 televiziya kanalına xəbərdarlıq edilib. Bir radio efiri dayandırılıb. Televiziya məkanında 323 pozuntu, radioda isə 78 pozuntu aşkarlanıb.
Hafta.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov dekabrın 26-da keçirilən mətbuat konfransında deyib.
Şura sədri rəhbərlik etdiyi qurumun məqsədli dövlət proqramı istiqamətində 10 proqram üzərində işlədiyini diqqətə çatdırıb. Bildirib ki, Audiovizual Şuraya bu il ümumilikdə 196 müraciət daxil olub.