Yazını böyüt
Yazını kiçilt
Cəbrayıl rayonunun Tinli kəndi Şahvəlli inzibati ərazi vahidində düzənlik ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Tinli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 21-də kəndi işğaldan azad edib.
Hafta.az işğal dövründə erməni vandalizminə məruz qalmış Tinli kəndinin görüntülərini təqdim edir.