Cəbrayılda daha bir erməni hərbçinin cəsədi tapıldı

20:57 28.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəbrayıl rayonu ərazisində daha bir erməni hərbi qulluqçunun cəsədinin qalığı tapılıb.

Hafta.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, meyiti tapılan hərbi qulluqçunun kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.

Beləliklə, atəşkəsdən sonra azad edilmiş ərazilərdən bu günə qədər 1649 erməni hərbi qulluqçunun qalığı təxliyə edilib.