Cəbrayılda daha bir erməni hərbçisinin meyiti tapıldı

13:04 26.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad olunan ərazidə daha bir erməni hərbçisinin meyiti aşkarlanıb.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, erməni hərbçisinin meyiti dünən axşam saatlarında işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində aşkarlanıb.

"Azərbaycan, rus və ermənilərdən ibarət axtarış qrupunun keçirdiyi əməlliyyat-axtarışlar zamanı meyit aşkar edilib. Meyit Ermənistana təhvil verilib", - Ə.Şahidov qeyd edib.

Oxunma sayı 29