Zakir Həsənov Serbiyada səfərdədir

12:40 10.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasında rəsmi səfərdədir.

Müdafiə Nazirliyindən Hafta.az-a verilən xəbərə görə, əvvəlcə Azərbaycan nümayəndə heyəti Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini, eləcə də Milika Rakiçə həsr olunmuş memorial kompleksini ziyarət edib, önünə əklillər qoyub.
Sonra səfərin proqramına əsasən, general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiç ilə görüşüb.
Protokola uyğun olaraq təşkil edilən rəsmi qarşılanma mərasimdə hər iki ölkənin müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Azərbaycan və Serbiya respublikalarının Dövlət himnləri səsləndirilib.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Qeyd edilib ki, səfər çərçivəsində müdafiə nazirinin Serbiyanın Buyanovats şəhəri yaxınlığında keçirilən “Platinum Wolf - 2026” beynəlxalq taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılıb.