Cənubi Koreya bu silahların Ukraynaya verilməməsi şərti ilə Pentaqona artilleriya mərmiləri verəcək.
Hafta.az Yonhap xəbər agentliyinə istinadla bildirir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi Cənubi Koreya hakimiyyətinin Ukraynaya öldürücü silahlar verməmək qərarını xatırladaraq, müvafiq bəyanatla çıxış edib. Departamentin məlumatına görə, hazırda ABŞ Cənubi Koreya firmalarından biri ilə mərmilərin tədarükü üçün danışıqlar aparır ki, bu da Amerika anbarlarındakı sursat çatışmazlığını doldurmalıdır. Lakin danışıqlar bu silahların ABŞ tərəfindən istifadə edilməsi şərti ilə aparılır.
Belə ki, Cənubi Koreya adı çəkilməyən ABŞ rəsmilərinə istinadən Vaşinqtonun Ukraynaya tədarük etmək üçün Seuldan 100 min ədəd 155 mm-lik artilleriya mərmisi almaq niyyətində olduğu barədə məlumat verən “The Wall Street Journal” nəşrini şərh edib. Məqalədə deyilirdi ki, belə bir razılaşma Seula Ukraynaya öldürücü silah tədarük etməmək öhdəliyini pozmamağa, Vaşinqtona isə öz mərmi ehtiyatlarını israf etməməyə imkan verəcək.