Cərrah xəstənin yanlış ayağını amputasiya etdi

18:44 02.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avstriya məhkəməsi xəstənin sol ayağı əvəzinə sağ ayağını kəsdiyinə görə cərrahı 2700 avro cərimələyib. Hafta.az bildirir ki, bu barədə Avstriyanın “Kurier” qəzeti yazıb.

"Mən bilirdim ki, sol ayağı amputasiya edilməlidir, amma bunun niyə baş verdiyini cavablandıra bilmirəm", - cərrah məhkəmədə cavab verdi.

Materialda 82 yaşlı kişinin xəstəxanaya bu ilin mayında daxil olduğu deyilir. Ona sol ayağını amputasiya etmək tapşırılıb. Ancaq əməliyyata cavabdeh olan cərrah əməliyyatı "uğurla" aparıl və tibb işçilərinin heç biri səhvi görməyib.

Jurnalistlərin sözlərinə görə, səhv yalnız iki gün sonra sarğı zamanı məlum olub. Daha sonra xəstəyə növbəti amputasiyaya ehtiyacı olduğu bildirilib. Xəstə məhkəməyə qədər yaşamayıb. Onun dul qadının təzminat alacağı bildirilir.

Oxunma sayı 60