Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak edir - FOTO

13:39 02.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsveçin paytaxtı Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası keçirilir.

Hafta.az-ın xəbərinə görə, ATƏT üzvü olan 57 ölkənin təmsil olunduğu iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

2-3 dekabr tarixlərində keçiriləcək görüş çərçivəsində Qarabağ da daxil olmaqla, ATƏT məkanında olan münaqişələrin nizamlanmasının həll yollarının müzakirə olunacağı gözlənilir.

ATƏT XİN başçılarının iclası çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasının keçirilməsi də planlaşdırılıb.

Oxunma sayı 33