Ceyhun Bayramov Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ilə görüşüb

23:53 11.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

11 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yülsək səviyyəli görüş çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodik ilə görüşüb.

Xarici İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov keçmiş münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə Bosniya və Herseqovinanın hər zaman dəstək verdiyini məmnunluqla qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər