Ceyhun Bayramov İbrahim Buğali ilə görüşüb

21:14 04.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin Xalq Milli Məclisinin sədri İbrahim Buğali ilə görüşüb.

Hafta.az xəbər verir ki, Ceyhun Bayramov bu barədə öz "X" hesabında paylaşım edib.

Görüş zamanı Azərbaycan və Əlcəzair arasında parlamentlərarası və parlament əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.

Hər iki tərəf təcrübə mübadiləsinin, həmçinin siyasi, iqtisadi və humanitar sahələrdə birgə təşəbbüslərin təşviqinin əhəmiyyətini vurğulayıb.