Ceyhun Bayramov ölkə gənclərini təbrik edib

17:41 05.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkə gənclərini 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

Hafta.az xəbər verir ki, nazir bununla bağlı "Twitter"-dəki rəsmi səhifəsində paylaşım edib.

"5 dekabr - Beynəlxalq Könüllülər Günündə Azərbaycanın davamlı inkişafına töhfə verən bütün könüllülərimizi təbrik edir, xeyirxah və nəcib fəaliyyətlərində onlara yeni uğurlar arzulayıram", - deyə Ceyhun Bayramov qeyd edib.