Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb

18:38 27.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, Ceyranbatan su anbarının ərazisində suyun üzərində bir nəfər qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Hafta.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.