Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatında mübarizəni dayandırıb

22:57 09.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Kadis şəhərində keçirilən dünya çempionatı ilə vidalaşıb.

Hafta.az xəbər verir ki, Sahib Məmmədovun başçılıq etdiyi yığma 1/8 finalda Portuqaliya seçməsi ilə üz-üzə gəlib.

Görüş rəqibin 13:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycan millisi mübarizəni dayandırıb.