Çimərlik futbolu üzrə millimiz Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb

21:00 01.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) ilk oyununu keçirib

Hafta.az xəbər verir ki, Portuqaliyanın Nazare şəhərində İtaliya yığması ilə qarşılaşan millimiz 3:7 hesabı ilə məğlub olub.

Komandamızın qollarını Kamil Hüseynov, Orxan Məmmədov və Emin Mehdiyev vurublar.

Millimiz seçmə mərhələdə növbəti oyununu iyulun 2-də Almaniya komandasına qarşı keçirəcək.

Oxunma sayı 172