Çin 10 illik enerji hədəfinə 4 ilə çatdı

09:10 26.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Təmiz enerji yarışına böyük büdcə ayıran Çin, 2020-ci ildə Prezident Si Cinpinin rəhbərliyi altında 10 il ərzində ən azı 1200 giqavat təmiz enerji istehsalına nail olmağı qarşısına məqsəd qoyub. Keçən ay əlavə edilən 25 gigavatlıq külək turbinləri və günəş panelləri ilə ölkə 1206 gigavat təmiz enerji istehsalına çatdı.

Hafta.az-ın yazdığına görə, cəmi 4 il ərzində əldə edilən bu məqsəd kifayət qədər diqqətəlayiqdir. Ölkədə təmiz enerjinin həcmi istehsal olunan bütün enerjinin 14 faizini təşkil edir. Çin dünyada təmiz enerjiyə ən çox büdcə ayıran ölkədir. Yalnız bir layihəyə 11 milyard dollar ayrılıb.

Qeyd edək ki, 2023-cü ildə Çin ərazisində havaya 12,7 milyard ton karbon buraxılıb. ABŞ 5,9 milyard tonla ikinci yerdədir.