Çin “Hummer”i Rusiyada satışa çıxarıldı

09:05 08.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvada Çin istehsalı olan lüks yolsuzluq avtomobillərinin satışına başlanılıb. “Donfeng” tərəfindən istehsal olunan “M-Hero I” model avtomobil 16 milyon rubla (176 min dollar) satılır.

Hafta.az-ın “Moskviçmaq” jurnalına istinadən yazdığına görə, avtomobilin “Çin Hummeri” adlandırıldığını yazıb. Avtomobil ilk dəfə 2022-ci ildə buraxılıb.

Jurnalın məlumatına görə, 100-ə yaxın avtomobilin Rusiyada satışı planlaşdırılır.

“M-Hero” 2023-cü ildə Çində "ilin avtomobili" seçilib.