Çin ilk sərnişin təyyarəsini İSTİFADƏYƏ VERDİ

13:45 09.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin yerli istehsalı olan "C919" sərnişin təyyarəsinin ilk təslimatı reallaşıb.

Hafta.az-ın yazdığına görə, 2023-cü ildən etibarən “Boeing 737” və “Airbus 320” ekvivalenti kimi dizayn edilmiş sərnişin təyyarələrindən kommersiya uçuşlarında istifadə ediləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, Çinin yerli istehsalı olan “C919” sərnişin təyyarəsinin ilk buraxılışı “China Eastern” aviaşirkətinə verilib.

"Sinxua" agentliyinin məlumatına görə, “B-919A” qeydiyyat nömrəli təyyarə Şanxaydakı "Pudonq" Beynəlxalq Hava Limanından havaya qalxaraq həmin şəhərin "Honqyao" Beynəlxalq Hava Limanına enib və "China Eastern”ə təslim edilib.

Dövlətə məxsus Çin Ticarət Təyyarə Korporasiyası (COMAC) tərəfindən hazırlanmış təkkeçidli və dargövdəli təyyarə 156 və 168 sərnişin daşıya bilir.

Xatırladaq ki, model ilk sınaq uçuşunu mayın 14-də edib və uçuş qabiliyyətini qeydə alan “tip lisenziyasını” sentyabrın 30-da, istehsal lisenziyasını isə noyabrın 30-da alıb.

"China Eastern", COMAC-la təyyarələrin hər birini 99 milyon dollara almaq üçün 2021-ci ilin martında imzalanmış müqavilə ilə razılığa gəlmişdi.

Aviaşirkət təyyarədən Şanxaydan Pekin, Quanqcou, Sincan və Qingdu şəhərlərinə daxili reyslərdə istifadə etməyi planlaşdırır.

Ekspertlərin fikrincə, dünyada mülki aviasiya sektorunda ən çox istifadə edilən təyyarə növü olan "orta məsafəli" sərnişin təyyarəsinin istifadəyə verilməsi ilə Çinin ABŞ-ın "Boeing" və Avropanın "Airbus" şirkətlərinin hakim olduğu qlobal sərnişin təyyarələri bazarında pay sahibi ola biləcək. 

COMAC tərəfindən 2008-ci ildə istehsalına başlanılan "C919" təyyarələri ölkənin xaricidən asılılığını azaltmağı hədəfləsə də, reaktiv mühərrik və idarəetmə proqramı kimi kritik komponentlər ABŞ-ın "General Electric" və "Honeywell" şirkətləri tərəfindən istehsal edildiyi üçün, məhsul tam yerli deyil. Amma yaxın zamanlarda Çin reaktiv mühərrik və idarəetmə proqramını da milli istehsala çevirmək əzmindədir. 

Oxunma sayı 1953