Çin iqtisadiyyatı xilas etmək üçün təcili plan hazırlayıb

15:29 13.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin səlahiyyətliləri uzun sürən böhrandan yerli iqtisadiyyatı bərpa etməyə yönəlmiş doqquz addımlı fövqəladə plan hazırlayıb. Bu barədə CNBC məlumat yayıb.

Çin hakimiyyəti iqtisadiyyatın stimullaşdırılması üçün əsas tədbirlərdən biri kimi daxili tələbatın bərpasını müəyyən edib. Onların seçdiyi digər prioritet aktiv fiskal və pul siyasətinin davam etdirilməsi yolu ilə iqtisadiyyatın əsas sahələrinin, o cümlədən yüksək texnologiyalı istehsalın inkişafının sürətləndirilməsi üçün tədbirlərin yaradılması olub. Yerli Kommunist Partiyasının Siyasi Bürosu bildirib ki, “maliyyə siyasəti iqtisadiyyatın bərpasını stimullaşdırmaq üçün çevik, mülayim, dəqiq və effektiv olmalıdır”.

Çin hakimiyyəti Asiya ölkəsinin texnoloji və ərzaq suverenliyini təmin etmək üçün xarici investisiyaları genişləndirmək və sənaye və kənd təsərrüfatı sektorlarında innovasiyaları təşviq etməklə davamlı iqtisadi artıma nail olmağı təklif edib.