Yazını böyüt
Yazını kiçilt
Çin koronavirus pandemiyasının yayılmasına qəsdən yol veribsə, nəticələrlə qarşılaşa bilər.
Bunu Ağ Evdə keçirilən brifinq zamanı ABŞ prezidenti Donald Tramp deyib.
D.Tramp bildirib: "Biz araşdırma aparırıq, baxaq, görək araşdırma necə gedəcək. <...> Əgər onlar şüurlu şəkildə buna yol veriblərsə, onda bunun nəticələri olmalıdır".
Onun sözlərinə görə, baş verənlərə qədər Vaşinqton və Pekin arasında münasibətlər konstruktiv olub: "Biz ticarət razılaşması imzaladıq, Çin bizim fermerlərdən 250 milyard dollarlıq məhsullar alır, biz razılaşmanı imzalayanda münasibətlərimiz yaxşı idi".